Varlıq Dergisi, 1979-2014 (1358-1393) illeri arasında Tehran’da Prof. Dr. Cavad Heyet’in editorluğunda ve Yay 2015 tarixinden etibaren Ankara’da M. Rıza Heyet’in editorluğunda yayınlanan dil, edebiyat ve kültür dergisidir. Dergi; Yaz, Yay, Güz ve Qış sayıları olmaq üzere ilde 4 kez yayımlanır.

Derginin faaliyet alanı başda İran ve Azerbaycan saheleri olmaq üzere Türk dili, edebiyatı, tarixi ve kültürünü incelemek; Türklerin maddi ve me’nevi mirasını üze çıxarıb, tanıtmaq, İran’da Türkcenin qorunması, gelişmesi ve standardlaşmasına yardımcı olmaqdır.

Varlıq Dergisi’nin esas yayın dili Türkcedir. Ancaq dergide Farsca, yeri geldiyinde İngilizce ve Rusca bilimsel yazılara da yer verilmekdedir.

Zamanla bir mekteb halına gelen ve “Varlıq Mektebi” olaraq ün qazanan Varlıq Dergisi, bilimselliyi esas almaqla birlikde, ana dilinde eyitim haqqından merhum olan İran Türklerinin bilinçlenmesini de özüne amac edinmişdir.